İt saxlamaq ömrü uzadır ARAŞDIRMA

İsveçin Uppsala Universitetinin alimləri it saxlamağın insan ömrünü uzatdığını sübut ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, alimlər bildiriblər ki, it saxlamaq qan-damar xəstəlikləri, eləcə də infarkt riskini xeyli azaldır.

Bu nəticəyə mütəxəssislərin İsveçdə 40-80 yaşlı 3.4 milyon insanın sağlamlıq sorğularının araşdırılmasından sonra gəlinib. Tədqiqatçılar itlərin tənha insanlar üzərində faydalı təsirə malik olduğunu ürək-damar xəstəliyindən ölüm riskinin 36 faiz azaldığını təsbit ediblər.

Alimlər bununla yanaşı, sağlamlıq üçün ən faydalı "itlər"i də müəyyən ediblər.

Müəllif: Nailə Məhərrəmova
loading...