Yer kürəsi böyüklüyündə yeni planet kəşf edilib

Günəş sisteminə qismən yaxın məsafədə mülayim iqlimə malik Yer kürəsi böyüklüyündə bir planet aşkarlanıb. BBC xəbər verir ki, Çilidəki La Silla Rəsədxanasında yüksək dəqiqlikli cihazlar vasitəsilə kəşf edilən planetin 11 işıq ili uzaqda olduğu bildirilib. Yer kürəsinə ikinci ən yaxın planet olan yeni kəşfə “Ross 128 b” adı verilib.

Yeni planetin öz ulduzu ətrafında Yer kürəsinin Günəşə qədər olan məsafəsindən 20 dəfə yaxın fırlandığı, balaca ulduzun Günəşdən çox kiçik və daha az parlaq olması səbəbindən “Ross 128 b”nin Yer kürəsinə nisbətən aşağı radiasiyaya məruz qaldığı bildirilib.

Astronomlar “Ross 128 b”nin səthi temperaturunun Yer kürəsininkinə yaxın ola biləcəyini təxmin edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə