ABŞ-da maraqlı parça hazırlanıb

ABŞ-ın Stenford Universitetinin laboratoriyasının alimləri tərəfindən hazırlanmış yeni material insanı soyuq havada isidə, isti havada isə sərinləşdirə bilir. Unikal iki qatdan ibarət olan parça geyimlərin hazırlanması ilə yanaşı, yüksək texnologiyalar sahəsində də istifadə edilə bilər.

AMEA-nın saytı xəbər verir ki, materialın hazırlanmasında xüsusi komponentlərdən istifadə edilib. Belə ki, daxili qatı nanoməsaməli polietilendən hazırlanan material temperatur artdıqda insan bədəninin istiliyini xaric edir. Materialın xarici qatı isə şüalanma əmsalı aşağı olan mis tozlanmasından hazırlanıb. Bu texnologiya sayəsində parça soyuq hava şəraitində istiliyi udaraq özündə mühafizə edir. Bununla yanaşı, parça hava və buxar buraxaraq dəriyə sərinlik verir.

Alimlər bu materialı təcrübədən keçirmək niyyətindədirlər. Güman olunur ki, materialdan yaz-payız geyimlərinin və dəyişkən temperaturda işləyən texnika üçün qoruyucu örtüklərin hazırlanmasında istifadə ediləcək.

loading...