İddia: "Ətdən imtina edən insanlar daha çox yaşayır"

Meyo Klinikası (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, ətdən imtina edən insanlarda vaxtından qabaq ölümün riski ət qəbul edən insanlarla müqayisədə 20-25% azdır.

Ətdən imtina edən insanlar daha çox yaşayır və daha sağlam olurlar.

IFL Science xəbər verir ki, burada söhbət qırmızı ətdən və kolbasa-sosis məhsullarından gedin. Ümumdünya Səhiyyə Təşkilatı bu məhsulları kanserogen məhsulların siyahısına daxil edib. Bundan əvvəl aparılmış araşdırmalar göstərib ki, qırmızı ətin və kolbasa-sosis məhsullarının qəbulu ürək-damar sistemi xəstəliklərinin və bəzi xərçəng formalarının riskini artırır.

Toyuq əti əksinə faydalı sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə