Misirin paytaxtı Qahirədə yeni piramida aşkar edilib. Piramidanın altıncı xanədana məxsus olduğu bildirilir. Altıncı xanədan eramızdan əvvəl 2345-2181-ci illər arasında Misirdə hakimiyyətdə olub.

Misir tarixi əsərlər nazirliyindən verilən açıqlamada deyilir: "Cenevrə universitetindən isveçrəli və fransızlardan ibarət arxeoloji qrup Gizanın qərbindəki Sakkarada çəhrayı qranitdən inşa edilmiş kiçik piramida tapıb".

Piramidanın hündürlüyü 130, eni isə 110 sm-dir. Arxeoloji qrupun rəhbəri Filip Kollombert qeyd edib ki, piramida şahzadə II Ankhenespepy üçün inşa edilmiş ola bilər.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə