Amerika Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) xidməti iti təlim proqramından qovduğunu elan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, CIA rəsmi “Twitter” səhifəsində Lulu adlı xidməti itin qovulma səbəbini açıqlayıb.

Qeyd olunub ki, “Labrador” cinsindən olan xidməti itin vəzifəsi iyləyərək partlayıcıların yerini tapmaq olub. CIA-nın ən yeni üzvlərindən olan Luluya həftələrlə təlim keçirilməsinə baxmayaraq o, işinin öhdəsindən gələ bilməyib. Məhz bu səbəbdən sözügedən xidməti it 2017 K-9 təlim proqramından uzaqlaşdırılıb.

Müəllif: Fəxriyyə Mahmudova

Bütün xəbərlər Facebook səhifəmizdə