İnternetlə hazır ev almaq olar

İnternetdən mal və xidmətlərin satışı üzrə ixtisaslaşan ABŞ-ın “MODs International” şirkəti hazır ev satışı sahəsində yeni xidmət təklif edib. Novate.ru saytının yazdığına görə, təklif olunan ev–konteyner rahat yaşayış üçün tam yararlıdır. Sahəsi 30 kvadratmetr olan evdə bütün zəruri kommunikasiya xətləri çəkilib.

Konteyner-ev sifarişçiyə məişət texnikası ilə birgə təhvil veriləcək. Bir yerdən başqa bir yerə kran vasitəsilə yerləşdirilə bilən evin qiyməti 36000 dollardır.

loading...