İngiltərədə yeni doğulmuşlara qoyulan məşhur adlardan biri Məhəmməddir

İngiltərədə doğulan oğlan uşaqlarına verilən adlardan biri də Məhəmməddir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İngiltərənin Milli Statistika Komitəsinin rəsmi məlumatında bildirilir.

Komitənin məlumatına əsasən, Məhəmməd adı ölkədə oğlan uşaqlarına qoyulan adlar içərisində onluqda yer alıb. Məhəmməd adı onluqda səkkizinci yerdə qərarlaşıb.

Rəsmi məlumata əsasən, ötən il İngiltərədə doğulan 3908 oğlan uşağına məhz bu ad qoyulub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə