Dünya şəhərlərinin bildiyiniz adlarının bilmədiyiniz mənaları

Dünyada turistlər tərəfindən maraqla qarşılanan bir çox şəhərlər var. Turist axını ilə seçilən bu şəhərlərin adları haqda heç düşünmüsünüz? Bəzilərinin adları banilərindən, kəşfiyyatçılarından götürülsə də, bəzi şəhərlərin adlarının tarixi maraqlı tərcümə edilir. SİA xarici mətbuata istinadən belə şəhərlərin bəzilərini təqdim edir:

Kiyev şəhərinin adı, onun qurucusu "Kyi"nin adı ilə bağlıdır.

Los Angeles ispan dilində "mələk" deməkdir.

Pekin(Beijing)- çin dilində Bei-cənub, Jing-paytaxt kimi tərcümə edilir.

Riyad şəhərinin adının mənası Bağça deməkdir.

Varşava şəhərinin adı ziyalı bir şəxs tərəfindən verilib. Varsz(Varşa aid olan) mənasına gəlir.

Vyana kelt mifologiyasında "windo" sözündən götürülüb, mənası parlaqbazar deməkdir.

Sinqapur- Sinqa-aslan, Pura-mərkəz.

Seul koreya dilində paytaxt mənasına gəlir.

Bangkok- Bang axarsu ərazisindəki kənd, Ko-ada deməkdir.

Amsterdam Amstel çayının üzərində inşa edilən bir bəndin ətrafında qurulduğu üçün belə adlanır.

Venesiya Hind-Avropa dil mənşəyinə malik olan "wen" sözündən gəlir və "sevgi" deməkdir.

Brüssel şəhərinin adı məskunlaşmaq mənasındadır.

Roma şəhəri adını qurucusu və ilk kralı olan "Romulus"dan alıb.

Afina yunan mifologiyasındakı Allahlardan birinin adına görə adlandırılıb.

Toronto ağacların suyun içində olduğu şəhər mənasındadır.

Voncouver onu kəşf dən Corc Vancouverin soyadına görə adlandırılıb.

Nyu york 1664-cü ildəki İngilis York titulundan sonra bu adı aldı.

Dubay adını "Akasiya" mənasına gələn "dibba"dan alır.

Abu dabi şəhərinin adı ceyranların atası deməkdir.

Buket zirvə mənasındadır.

Las Vegas ispan dilində çəmənlik deməkdir.

Praqa sözünün mənası keçidsürətli deməkdir.

Florensiya latın dilində gül-çiçək deməkdir.

Petra şəhərinin adı daş və qaya mənasında səslənən Petros sözündən götürülüb.

Kuala Lumpur Klang ve Gombak çaylarının birləşdiyi yer mənasındadır.

Hongkong- Hong-xoş qoxulu, Kong isə liman mənasındadır.

Müəllif: Günay Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə