Nizamlı yuxu uşaqların həyatında böyük önəm daşıyır

Britaniyalı mütəxəssislərin araşdırmasına görə, nizamlı yuxu uşaqların həyatında böyük əhəmiyyət kəsb edir.

Mütəxəssislərin fikrincə, hər gecə eyni vaxtda yatağa girən uşaqlar gün ərzində hiperaktiv olur və yoldaşları ilə daha rahat ünsiyyət qurmağı bacarırlar. Valideynlər tərəfindən müntəzəm olaraq yuxu vaxtının təyin edilməsi uşaqların gələcəkdə yuxusuzluqdan əziyyət çəkmələrinin də qarşısını alır. Nizamlı yuxu onların dərslərinə də öz müsbət təsirini göstərir.

loading...