Çiçəklər insan beynini müalicə edir

Çin alimlərinə görə, çiçəklər insan beyninin müalicəsində əvəzsiz rol oynayır. Alimlərə görə, nərgiz, novruzgülü, zəfəran, lavanda, krokus kimi çiçəklər bir sıra müalicəvi xassələrə malikdir.

Belə ki, novruzgülünün tərkibindəki qalantamin maddəsi Alzheimer xəstəliyi nəticəsində yaranan yüngül və ağır dərəcəli ağılkəmliyə, eləcə də beyin qan dövranının xroniki pozğuntuları zamanı faydalıdır. Belə ki, bu maddə orqanizmdə asetilxolinin qatılığını artırır. Asetilxolin neyronlardan gələn məlumatların ötürülməsinə görə məsuliyyət daşıyır.

Qalantamin nərgizin tərkibində də mövcuddur. Bu çiçəyin eyni zamanda xərçəng əleyhinə xassələrə malik olduğu güman edilir. Hazırda bu amilin doğruluğu çinli mütəxəssislər arasında fəal şəkildə müzakirə edilir. Eyni zamanda, Sidneydən olan alimlər müəyyən etmişlər ki, zəfəran görmə hüceyrələrinin elastikliyinə kömək edir və yenə də Alzheimer xəstələrində beynin işinə müsbət təsir göstərir.

Krokusa gəldikdə, alimlər tərkibindəki kolxisin sayəsində xərçəng və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğuna əmindirlər. Lavanda isə qorxu hissini aradan qaldırır, yuxusuzluqdan xilas edir, eləcə də ağrı və aqressivliyi azaldır. Eyni xüsusiyyətlərə südləyən gülü də malikdir. O, həm də beyin hüceyrələrini qocalmadan qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə