limon qabığı dəri xərçənginə qarşı əla vasitədir

Mütəxəssislər limon qabığının faydalılığı ilə bağlı maraqlı nəticəyə gəliblər. Belə ki, limon qabığı dəri xərçənginə qarşı ən təsirli qidadır. Bədəni dəri xərçənginə qarşı qoruyur. Limon qabığını yediyiniz yeməklərə qatsanız dərinizə gözəllik gətirər. Bundan əlavə, əsəbləri sakitləşdirir. Mədədə şişkinliyini aradan qaldırır, yeməkləri həzm edir.

O, həm də qaraciyəri yeniləyir, təmizləyir, immunitet sistemini gücləndirir və sidik qovucu xüsusiyyətə malikdir.

Tərkibindəki kalsiyum sayəsində sümükləri gücləndirir. Ağızdakı zərərli bakteriyaların mənfi təsirlərini azaldır və ağız içini təmizləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə