İnsan tüpürcəyi yaranı sağaltmaq üçün güclü vasitədir

Çili Universitetinin alimləri müəyyən ediblər ki, insan tüpürcəyinin tərkibində olan mikrob əleyhinə peptid - histatin-1 yaranın sağalmasını tezləşdirə bilər. “Zee News” xəbər verir ki, histatin-1 sağalmanın effektiv olması üçün yeni qan damarları əmələ gətirən angiogenez prosesini stimullaşdırır.

Mütəxəssislər histatin-1-in angiogenezə təsirini öyrəniblər. Tədqiqatçılar hüceyrə kulturaları, toyuq embrionları və sağlam könüllülərin tüpürcək nümunələri ilə eksperimentlər apararaq aşkar ediblər ki, histatin-1 angiogenezə, hüceyrə adgeziyasına və miqrasiyasına şərait yaradır. İndi mütəxəssislər yaraların müalicəsi üçün materiallar və implantatlar hazırlamaq üzərində çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə