Delfinlər 15 günə qədər yuxusuz qala bilir...

Amerikalı alimlər müəyyən ediblər ki, delfinlər dalbadal 15 günə qədər oyaq və fəal qala bilir. Buna səbəb odur ki, istənilən anda bu heyvanın beyin yarımkürələrindən yalnız biri dincəlir.

Tədqiqatçıların fikrincə, delfinlərin bu xüsusiyyəti onların salamat qalmasına kömək edir. Delfinlər nəfəs almaq üçün suyun səthinə qalxanda onlar bir gözü ilə suyun səthində baş verən hadisələri, ikinci gözü ilə - yırtıcıların mümkün hücumlarını izləyirlər. Alimlər delfinlərin beynindəki dalğaları ölçmək üçün bu heyvanlara xeyli əziyyət verən exolokasiya testləri keçirməli olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə