Gündə üç fincan qəhvə insanı kor qoya bilər!

Amerika tədqiqatçıları yaşı 40-dan çox olmayan 78 min 77 qadını və 41 min 202 kişini qeydiyyata götürərək, onların sağlamlıq durumlarını nəzarətdə saxlayıblar.

Araşdırmalar 1980-2008-ci illər arasında aparılıb. Bu, qlaukoma və qəhvə arasında əlaqəyə həsr olunmuş ilk irimiqyaslı araşdırma olub. Tədqiqatçılar belə qənaətə gəlibər ki, tərkibində kofein olan qəhvə görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər.

Kofein qan təzyiqini, o cümlədən gözün daxilindəki mayenin təzyiqini artırır ki, bu da qlaukomanın inkişafına yol açır. Üç fincan qəhvə içdikdən sonra eksfoliativ qlaukoma, daha sonra korluq inkişaf edir. Rasionda qəhvənin payı çoxdursa, büllurun ön səthində və gözün bucağında toxumaların təbəqələrə ayrılması ilə müşayiət olunan qlaukoma inkişaf edir. Bu, çox geniş yayılmış bir xəstəlikdir.

Skandinaviya ölkələrinin sakinləri təbəqələnən qlaukomadan faiz nisbətində daha çox əziyyət çəkirlər, çünki ən böyük qəhvə sevənlər həmin ölkələrin sakinləridir. Ona görə də qəhvə aludəçiləri gündə neçə fincan içdiklərinə nəzarət etməlidirlər. Yeri gəlmişkən, gündə bir fincanın heç bir ziyanı yoxdur. Kofein təkcə qəhvənin tərkində deyil, bir çox içkilərdə, məsələn, qazlaşdırılmış suda, çayda, alkoqolsuz içkilərdə vardır, lakin görmə qabiliyyətinin itirilməsi təhlükəsini artırmır.

loading...