Yedikcə aclıq hissini artıran qidalar

İnsanı acdıran qidaların siyahısı açıqlanıb. Bu qidalara aşağıdakılar da əlavə edilib:

1. Tort və xəmirdən hazırlanmış qida məhsulları: Səhərlər kruasan yeyirsiz. Yarım saat keçməmiş elə aclıq hiss edirsiz ki, sanki heç nə yeməmisiz. Bunun səbəbi ağ şəkərlə undan hazırlanmış sadə karbohidratların lifli olmaması və çox az miqdarda vitaminə malik olmasıdır. Bu qəbildən olan qidaları qəbul etdikdə orqanizmdəki insulində sürətli bir artım əmələ gəlir və bununla yanaşı şəkər çatışmazlığı yaranır. Bu səbəbdən də qısa müddət ərzində özünüzü ac hiss etməyə başlayırsız.

2. Meyvəli yoğurt: Yoğurt kalsiumla zəngin olduğu üçün sağlam qıdalar arasında olsa da, şəkər və meyvə şirələri ilə dada gətirildiyi üçün çəkinin artmasına və aclıq hissinin yaranmasına səbəb olur. Bu səbəbdən də meyvəli yoğurt almadan əvvəl onun tərkibinə diqqət yetirmək lazımdır. Sadə yoğurta üstünlük verilməlidir.

3. Şirin qazlı içkilər: Sıfır kaloriyə malik olsalar da, qazlı içkilərin tərkibindəki dadlandırıcılar və şəkər aclığa və şəkər çatışmazlığına səbəb olur.

4. Hazır Çin yeməkləri: Bir çox Çin kafelərində evə sifariş edilən yeməklərə MSG əlavə edilir. Boyatlaşmış yeməkləri daha ləzzətli vəziyyətə gətirən bu qarışıq daha çox aclıq yaradır. Əgər diqqət yetirmisizsə, Çin yeməklərini sevənlərin büyük bir qismi restoran əvəzinə evdə yemək yeməyə üstünlük verirlər.

5. Süd, kərə yağı və pendir: Elm adamları bildirirlər ki, yumurta, kərə yağı, palma yağı və pendir kimi qidalar doyduğunuz zaman sizə siqnal verən insulin və leptin hormonunun yaranmasında azalmaya səbəb olurlar. Xüsusilə heyvanlar üzərində aparılan araşdırmalarda sadəcə bu qidaları qəbul edənlərin üç gündən sonra kökəldiyi üzə çıxıb.

6. Şirin xırt-xırtlı qarğıdalı: Qarğıdalı unundan hazırlanmış şirin xırt-xırtı südə qatıb yemək tövsiyə olunsa da, əslində bu, elə də yaxşı fikir deyil. Karbohidratla zəngin olan bu qida növü enerji vermir.

7. Qızardılmış kartof: Karbohidrat və duzla zəngin olduğu üçün qızarmış kartofu yedikcə yemək istəyirsiz. Amma kartof aclığı yatırtmır, əksinə insanı daha çox yeməyə sövq etdirir. Kartof tərəvəz olsa da, duzlanıb qızardıldıqda xeyli zərərli bir qidaya çevrilir. Çox kartof yemək artıq çəki yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə