Stress kariesin yaranma səbəblərindən biridir

Məlumata görə bir çox xəstəliyin səbəbi olan stress, diş əti problemlərinə və kariesə imkan yaradır. Türkiyənin Diş Həkimliyi sahəsində fəaliyyət göstərən fakültəsi bildirib ki, bu problemin həllinə uşaq yaşlarından başlamaq olar. Sağlamlıq baxımından tətbiq edilən bu sadə prosedur fərdi ağız və diş baxımına, karies, diş əti problemlərinə təsirlidir.

Onuda qeyd etmək lazımdır ki, xroniki stress halları ağız quruluğuna da səbəb olur. Buda diş səthlərində çürük meydana gəlməsinə maneə törədən qoruyucu təbəqəni gücləndirmir. Bu baxımdan 18-20 yaşlarında olan gənclər daha çox stress hallarından özünü qorumalıdır. Çünki, bəzi insanlarda 12-20 yaş aralığında yaşanan xoşagəlməz hallar, əsəb və ya depressiya halları 18-30 yaşlarında diş qanamasına, ağrı şəklində görülən diş əti xəstəliklərinə şərait yaradır.

Stress halları yaşayan uşaq və gənclər isə içinə qapanaraq, fərdi ağız və diş baxımlarını laqeyd ola bilər. Diş təmizliyinə yaranan səthi yanaşma isə sonradan çənə nahiyəsinin ağız, diş və oynaq bölgələrinə təsir edir. Bu baxımdan valideyn tərbiyəsi və qayğısı daima diqqət mərkəzində olmalıdır.
Xüsusi ilə uşaqları depressiya və stress hallarından qorumaq, sağlamlıq və şəxsi gigiyena qaydalarını, prosedurlarını öyrətmək vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə