İnsan gözü beyinin güzgüsüdür

ABŞ alimləri gözün selikli qişasında zədələri beyinin fəaliyyətinin pisləşməsi ilə əlaqələndirirlər. Bi-Bi-Si xəbər verir ki, alimlərin irəli sürdükləri nəzəriyyəyə əsasən, gözdə və beyində dəyişikliklər qan dövranının pozulması ilə əlaqədardır. Alimlər diabet xəstələrində və hipertoniklərdə rast gəlinən retinopatiya xəstələrini müayinə etmişlər. Bu xəstəlik zamanı selikli qişa zədələnir və xəstənin kor olması təhlükəsi yaranır.

Kaliforniya Universitetinin alimi Meri Haan demişdir: “Gözdə damarların balacalaşması beyində də eyni problemlərin yaranmasından xəbər verir. Bu isə yaddaşın zəifləməsinə, kəmağıllığa səbəb ola bilər. Pasiyenti müayinə edərkən bu kəşf nəzərə alınmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə