Bu gün I və IV ixtisas qruplarının abituriyentləri qəbul imtahanı verir

İyulun 22-də Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir. DİM-dən SİA-ya bildiriblər ki, respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində aparılan imtahanda 27 min 961 abituriyentin iştirakı gözlənilir. Onlardan 23 min 510 abituriyent I qrup üzrə, 4 min 451 abituriyent IV qrup üzrə imtahan verəcək.

İmtahan saat 11.00-da başlanacaq və saat 14.00-da başa çatacaq.

Abituriyentlərdən 25 min 500 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 21 min 543, IV qrup üzrə 3 min 957 nəfər), 2 min 461 nəfəri isə rus bölməsinin (I qrup üzrə 1967, IV qrup üzrə 494 nəfər) məzunlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə