Zəfəran beyni seyrək sklerozdan qoruyur

Zəfəran beyni hüceyrələrin iltihabı ilə bağlı xəstəliklərdən, o cümlədən seyrək sklerozdan qoruyur. Məlumdur ki, iltihab prosesi orqanizmin potogenlərdən, zədələnmiş hüceyrələrdən və ya qıcıqlandırıcı maddələrdən azad olması cəhdidir. Seyrək skleroz müdafiə təbəqəsini itirmiş neyronların iltihabını səciyyələndirir.

Xəstəliyin əlamətləri müxtəlifdir: görmə qabiliyyətinin pozulması, əzələ spazmaları, həssaslığın itirilməsi, nitq qabiliyyətində problemlər, baş gicəllənmələri, depressiyalar. Albert Universitetinin alimi Kris Pauerin tədqiqatları nəticəsində məlum olmuşdur ki, zəfəranın tərkibində krotsin vardır.

Bu maddə beyin hüceyrələrinə təsir göstərir, mielin yaradan hüceyrələrin zədələnməsinə imkan vermir. Pauerin fikrincə, zəfərandan beynin xroniki iltihabı zamanı qeyri-ənənəvi təbabətdə istifadə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə