Düzgün acqalma ömür müddətini iki dəfə uzada bilər

Amerikanın Milli Qocalma İnstitutunun alimləri orqanizmin bütün daxili qüvvələrini fəallaşdırmaq üçün oructutmanın çox səmərəli olduğunu təsdiq ediblər. Britaniyanın BBC radiostansiyası xəbər verir ki, son onilliklərdə heyvanlar üzərində aparılmış ən iri belə tədqiqatlar zamanı mütəxəssislər müəyyən ediblər ki, düzgün acqalma ömür müddətini xeyli, bir sıra hallarda iki dəfə uzada bilər.

BBC Amerika alimlərinin nəticələrini sitat gətirir: “Canlı orqanizmə minimum zəruri miqdarda kalori verən qidalanma sistemi beyinin, ürək-damar sisteminin, digər ən mühüm orqanların sağlamlığının qorunmasına kömək göstərir”. Hələ üstəlik, tədqiqatın rəhbərlərindən biri olan professor Mark Metsonun dediyinə görə, aclıq qocalma prosesini dəfələrlə yubandırır.

Metson deyib: “Daxil olan enerjinin həcminin azalması ömür müddətini artırır, orqanizmin xəstəliklərə müqavimət göstərmək qabiliyyətini yüksəldir və orqanizmi cavanlaşdırır”. O bildirib ki, tədqiqatlar zamanı heyvanlara günaşırı yemək verməklə saxlanılan pəhriz xeyli pozitiv effekt verib.

Bütün xəbərlər Facebook səhifəmizdə