Toyuq ətini tez-tez yemək orqanizmdə xərçəng yarada bilər

Çoxlarının sevdiyi toyuq qrilini və ya hisə verilmiş toyuq ətini tez-tez yedikdə orqanizmdə xərçəng xəstəliyi yarana bilər.

Kanzas Universitetinin alimləri belə nəticəyə gəliblər. Hamıya məlumdur ki, istənilən ət xörəyində konserogen maddələr vardır. Lakin qril toyuğun dərisində və donuz ətində bu maddələrin miqdarı bir neçə dəfə çoxdur. Bu maddələr insan orqanizminə böyük miqdarda düşəndə mədə, onikibarmaq bağırsaq, döş xərçəngi əmələ gələ bilər. Ancaq qril toyuqdan imtina edə bilmirsinizsə, onun dərisini soyub yemək, hisə verilmiş donuz ətini isə lap təsadüfi hallarda süfrəyə gətirmək məsləhət görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə