B4 vitamini ye, yaxşı yaddaşa sahib ol!

Boston Universitetinin əməkdaşları yaddaşın inkişafı və bəzi ərzaq məhsullarından istifadə arasında asılılığı öyrəniblər. Məlum olub ki, insan xolin və ya B4 vitamini zəngin qida qəbul etdikdə beyinin yaddaşa cavabdeh olan zonaları xeyli fəallaşır.

Alimlərin təklif etdikləri pəhrizə toyuq əti, qara ciyər, yumurta, süd və balıq daxildir. Xolin, həmçinin paxlalı bitkilərdə boldur. Alimlər bildirirlər ki, toyuq yumurtası yeyən insan özünü baş beyinin qocalması kimi xoşagəlməz prosesdən qorumaqla yanaşı, yaddaşının zəifləməsinin qarşısını alır.

Bütün xəbərlər Facebook səhifəmizdə