Diqqət: Beynin qocalmasının qarşısını necə almalı?

ABŞ-da aparılmış son araşdırmalara görə, insan yaşa dolduqca onun beyin hüceyrələri ölmür. Stenford Universitetinin neyrobioloqu, professor Con Morrisonun rəhbərlik etdiyi qrupun apardığı tədqiqatlar nəticəsində bəlli olmuşdur ki, insan yaşa dolduqca onun beynindəki sinapslar, yəni sinir qovşaqları arasındakı bağlantılar qopur.

Bu isə stressiz həyat, məşq və idman, sosiallaşmaq, yaxşı yuxu, hansısa məsələdə daha çox biliklərin əldə olunması və sair yollarla qarşısı asanlıqla alına bilən problemdir. Morrison bildirib ki, insan qocaldıqca özünü yaşlı hiss etməsin deyə, bir qədər fəal olmalıdır. Fəal həyat tərzi beyni qocalmaqdan qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə