Çiyələk dişlərin ağardılmasına kömək edir

Alimlərə görə, hamının sevdiyi giləmeyvə olan çiyələk diş minasına ağardıcı təsir edir. İndi klinikalarda süni yolla dişləri ağartmağa çoxlu pul xərcləmək lazım deyil. Bu gözəl meyvəni dadmaq kifayətdir. Bunun sirri diş minasının üst qatını təmizləyən alma turşusundadır. Çiyələyi fasiləsiz və kiloqramlarla yemək lazım deyil. Əks halda o, diş minasını məhv edərək zərər yetirə bilər.

Mütəxəssislərin fikrincə çiyələyin tərkibində çoxlu vitaminlər var. Giləmeyvə çox xeyirlidir və bütün orqanizmə müsbət təsir edir. Həkimlər çiyələyi az miqdarda hər gün yeməyi məsləhət görürlər. Xeyirli giləmeyvədən müxtəlif yeməklərin hazırlanmasında istifadə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə