Yaşıl çayın bilmədiyiniz faydaları

Yaşıl çay nəinki insanı cavan saxlayır və arıqladır, həm də immun sistemini möhkəmlədirir. Lakin onun tərkibinə daxil olan maddələrdən biri qanda olan immuniteti tənzimləmə funksiyasını yerinə yetirən T-limfositlərinin (leykositlərin bir növüdür) sayını artırır. Bunu Oreqon (ABŞ) ştatının universitetinin Linus Paulinq institutunun tədqiqatçıları müəyyənləşdiriblər.

Yaşıl çay neçə müddətdir ki, alimlərin diqqət mərkəzindədir, çünki onun tərkibində bədəni cavan saxlayan, ona görə də həmişə arıqlamaq istəyənlərin diqqət mərkəzində olan, yağları parçalayan antioksidantlar vardır. Həmçinin müəyyən olunub ki, onun tərkibində olan epiqallokatexin qallat (EGCG) immun sistemini hərəkətə gətirərək, orqanizmi bir çox xəstəliklərdən qoruyur.

İmmun sisteminin fəaliyyətində orqanizmin bir çox hüceyrələri iştirak edir. Onlar birlikdə “işləyərək”, bizi zərərli xarici təsirlərdən qoruyurlar. İmmun çatışmazlığı xəstəlikləri zamanı bu tarazlıq pozulur və orqanizm öz hüceyrələrinə qarşı “hücuma” başlayır. Lakin bu vəziyyətdə T-limfositləri immun sistemini bərpa edə bilər. Oreqon ştatı universiteti alimləri aydınlaşdırıblar ki, yaşıl çayın tərkibində olan EGCG polifenolu orqanizmdə olan T-limmositlərinin “istehsalını” xeyli artırır. Bu maddə xüsusi hazırlanmış dərmanlar kimi güclü təsir etməsə də, ən azından tamamilə zərərsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə