Hər gün acı şokolad yemək görməni və yaddaşı gücləndirir

Ridinq Universitetində aparılan tədqiqatlara görə, kakao paxlasının tərkibində olan flavonoidlər beyin aktivliyini artırır, görməni yaxşılaşdırır. Normallaşma qanın baş beyinə axmasının sürətlənməsi və bütün toxumaların qidalanmasının güclənməsi hesabına baş verir.

Effekt kakao kütləsinin qəbul edilməsindən sonra 2,5 saat ərzində təsirli olur. Tərkibində küllü miqdarda kakao yağı olan acı şokoladı hər gün yemək görmənin, yaddaşın, diqqətin və digər təfəkkür funksiyalarının sabit yaxşılaşmasına gətirib çıxarır, halbuki südlü şokolad bu səmərəni vermir.

Bütün xəbərlər Facebook səhifəmizdə