İfrat təmizlik depressiya yaradır...

Mənzillərin və ofislərin müntəzəm təmizlənməsi depressiyaya səbəb ola bilər. Üstəlik, ruh düşkünlüyü həm bilavasitə təmizlik işləri aparan, həm də dəsmal və tozsorana heç toxunmayan insanlarda yarana bilər.

Alimlər belə qənaətə gəliblər ki, müxtəlif bakteriyalarla təmasda olan uşaqların immuniteti daha da möhkəm olur. Odur ki, mütəxəssislər valideynlərə uşaqların təbiətin qoynunda oynamalarına, torpağın içində qurdalanmalarına imkan verməyi tövsiyə edirlər.

Alimlərin fikrincə, yaşlı orqanizmlər də bu cür təsirə meyillidir. Mənzillərin və ofislərin müntəzəm təmizlənməsi bakteriyaları məhv etdiyi üçün insanların immuniteti zəifləyir. Onlar toz və çirkə qıcıqlanma və allergiya ilə reaksiya verir, nəticədə yaxşı əhval-ruhiyyə əmələ gətirən serotonin maddəsini kifayət qədər almır.

Bütün xəbərlər Facebook səhifəmizdə