Gecə növbəsində işləməyin dəhşətli zərərləri açıqlandı!

İnsanın gecə növbəsində işləməsinin, onun orqanizmində yaratdığı fəsadlarla bağlı mütəxəsisslər və həkimlər arasında artıq neçə illərdir ki, fasiləsiz müzakirələr aparılır. Britaniyanın Sarree universitetinin əməkdaşı Saymon Arçerin sözlərinə görə isə, yuxu rejiminin pozulması ilə insan DNT-lərinin sinxronlaşmasının 97%-dən çoxunu itirir.

İnsanın iş vaxtının gecəyə keçirilməsi zamanı özünü pis hiss etməsi bununla izah edilir. Bu zaman ürək, beyin və böyrəyin işinin sinxronlaşdırılması pozulur. Alimlərin məlumatına görə, gecə növbəsinin mənfi təsirləri bir neçə il fasiləsiz bu cür işləməkdən sonra özünü göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə