Bədənində çoxlu xal olan adamlar çox yaşayırlar...

Britaniya alimləri sensasiyalı məlumat yayıblar. Onlar iddia edirlər ki, insan bədənində olan xallar orqanizmin qocalma prosesinin sürətindən xəbər verir. Deməli, xallar əsasında insanın neçə il yaşayacağını müəyyən etmək olar. London Kral Kollecinin mütəxəssisləri əmindirlər ki, bədəndə olan xalların sayı xromosomların quyruğunda olan fraqmentlərə düz mütənasibdir. Bu fraqmentlər isə orqanizmin qocalmasının rəsmi göstəricisidir.

Deməli, bədənində çoxlu xal olan adamlar çox yaşayırlar. Yeri gəlmişkən, bu kəşf alimlərin özlərini də heyrətə salmışdır, çünki indiyədək hesab olunurdu ki, bədənində çoxlu xal olan insanların xərçəng xəstəliyinə tutulması ehtimalı böyükdür.

Bütün xəbərlər Facebook səhifəmizdə