İşdə yaxşı şərait insanın ömrünü uzadır...

Təl-Əviv Universitetinin əməkdaşları, insanın iş həyatı barədə maraqlı araşdırma aparıblar. Alimlər bu qənaətə gəliblər ki, işdə şəraitin yaxşı olması insanın ömrünü uzadır. Onların apardığı araşdırma nəticəsində məlum olub ki, iş mühitinin və sosium tərəfindən dəstəklənməyin ölüm riski baxımından ən güclü təsir etdiyi insanlar 38-43 yaş qrupuna aiddir.

Lakin alimlər bu fikri dəqiqləşdirərək bildirirlər ki, bu effekt rəhbər ilə onun tabeliyində olan işçinin münasibətləri ilə bağlı deyil. İşdə müstəqil qərarlar qəbul edən insanların əməkdaşlarla yaxşı münasibətləri onların ömrünü uzadır. Bu nəticələr 20 illik axtarışlar zamanı müəyyən edilib. Ekspertlərin tədqiqat obyekti 820 könüllüdən ibarət idi. Könüllülərin hamısı maliyyə, sığorta, kommunal xidmətlər, səhiyyə və 8 saatlıq rejimlə işləyən istehsalat sahələrində çalışanlar olub.

Mütəxəssislər işdə münasibətlərin insan ömrünün uzunluğuna təsirini qiymətləndirmək üçün tədqiqatda iştirak edən insanların qanının tərkibində xolesterin, triqliserid və qlükozanın səviyyəsini, onların arterial təzyiqini və bədənin kütlə indeksini müntəzəm ölçüblər. Bundan əlavə, onların alkoqollu içkilər qəbul etməsi, siqaret çəkməsi, depressiya və təşviş simptomları, əvvəlki xəstəlikləri barədə informasiya nəzərə alınıb. Məlum olub ki, işdə dəstək alan insanların bu göstəriciləri çox vaxt norma həddində olur.

Bütün xəbərlər Facebook səhifəmizdə