Alma insan orqanizmini cavan saxlayır...

"Alma insan orqanizminin cavan qalmasına kömək edir..." İngiltərə alimləri belə bir qənaətə gəlib. Alimlər almanın tərkibində ürəyi cavanlaşdıran, qan dövranını yaxşılaşdıran, immuniteti gücləndirən mürəkkəb element aşkar ediblər. "Epaktehin polifenol" adlı element ürək-damar sisteminə ən yaxşı təsir edən və damarların elastikliyini qoruyub saxlayan nadir maddələrdən biridir.
Britaniyalı alimlər iddia edirlər ki, mütəmadi olaraq alma yeyən şəxslərin damarlarının divarları elastik olur ki, bu da onları ürək xəstəlikləri, infarkt və insultdan daha çox qoruyur. Təcrübələr zamanı 1000 könüllü mütəmadi olaraq alma şirəsi qəbul edib. Tədqiqatın nəticələri belədir ki, bu şəxslərin orqanizmi minimum 17 il cavanlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə