Şriftin ölçüsü:
01.11.2012 21:18 | Oxunma sayı: 32532
Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Planetlərin paradı” 2161-ci ildə olacaq”
Dünya mətbuatında Dalay Lamanın NASA rəhbərliyinə rəsmi müraciəti dərc olunub. Müraciətdə deyilir ki, 21 dekabr 2012-ci ildə yer kürəsi günəş sistemi ilə birgə qalaktikanın sıfır xəttindən keçəcək. Nəticədə dekabrın 21-i səhər saat 10.00-dan başlayaraq yer kürəsinin 89%-də tam qaranlıq və sakitlik hökm sürəcək. Heç bir işıq, elektrik, rabitə, istilik, səs olmayacaq. Bu qaranlıq 4-5 gün davam edəcək. Sonra günəş işığı yenidən görünəcək. Dünya əvvəlki kimi olacaq.
Müraciətdə deyilir ki, kosmik qaranlıq şəhər sakinlərinə daha tez və pis təsir edəcək. Ona görə, iri şəhərlərdə ağlı itirmək dərəcəsinə çatan psixoloji xaos yaranacaq. Nəticədə yer üzü əhalisinin 10-12%-i məhv ola bilər. Qaranlıqla bağlı xəbər dünya mətbuatında və sosial şəbəkələrdə böyük rezonans doğurub.
Azərbaycanlı alim, Şamaxı Astrofizika Rəsədxanasının direktoru Eyyub Quliyev isə deyir ki, düyanın qaranlığa qərq olacağı ilə bağlı xəbərlərin heç bir elmi əsası yoxdur. Onun sözlərinə görə, bu ilin dekabrında görünəcək konfiqurasiya “Planetlərin paradı” deyil. Sadəcə olaraq bir neçə planet bir yerə yığışacaq. “Planetlərin paradı” isə bir daha 2161-ci ildə olacaq.
Maraqlıdır ki, Dalay Lamanın ünvanladığı müraciətdə dünyanın qaranlığa qərq olacağı barədə 100-dən çox ölkənin rəhbərinin də xəbərdar edildiyi deyilir.
Elvin Abdulqədirov
hec ne olmayacaq AMIN