İki tələbə qidadan zəhərləndi Bakıda

Bakının Nizami rayonunda "NZS" adlanan ərazidə iki nəfər qidadan zəhərlənib. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, bu barədə Təcili Tibbi Yardıma çağırış saat 07:59-da daxil olub:

"Ünvana gələn həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər. 3 saylı Bakı Şəhər Xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...