Tələbə yataqxanasında qızlar zəhərləndi RƏSMİ SORĞU

Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi olub. Səhiyyə Nazirliyindən SİA-nın sorğusuna verilən cavaba görə, hadisə barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub.

Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...