Uzman uroloq Bəhruz Xalıqov canlı yayımda izləycilərin suallarını cavablandıracaq

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı uzman uroloqu Bəhruz Xalıqov 22 noyabr 2019-cu il tarixində saat 15.00-da canlı yayımda “Böyrək daşı xəstəliyinin diaqnostikası və müalicəsi” mövzusunda çıxış edəcək və izləycilərin suallarını cavablandıracaq.

Dr. Bəhruz Xalıqov 2004-cü ildə Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsini bitirdikdən sonra 2013-2018-ci illərdə Türkiyə Cümhuriyyəti Sağlık Bilimleri Üniversitesi İstanbul Eğitim ve Araştırma Hastanesində urologiya ixtisası üzrə uzmanlıq təhsili alıb. Əmək fəaliyyətinə 2018-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən “Özel Hospitalist Hastanesi”-ndə uzman uroloq cərrah kimi başlamış və bir il müddətində həmin xəstəxanada uğurla fəaliyyət göstərmişdir. 2019-cu ilin sentyabr ayından Mərkəzi Gömrük Hospitalında uzman uroloq kimi çalışır.

Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi "Facebook" səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə