Dr. Səbuhi Dadaşov canlı yayımda izləyicilərin suallarını cavablandıracaq

2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd edilir. Ümumdünya Diabetlə Mübarizə Günü bütün mütərəqqi bəşəriyyətə bu xəstəliyin yayılmasının durmadan genişləndiyini xatırladır. İlk dəfə bu gün 1991-ci il noyabrın 14-də bütün dünyada diabetlə mübarizəni koordinasiya etmək məqsədilə qeyd edilmişdir.

Şəkərli diabetin yayılmasının sürətlə artması bütün dünyaya real təhlükədir. Bu günün tanınmış kanadalı alim Frederik Bantinqin doğum günündə qeyd edilməsi də təsadüfi deyil. O, digər alimlərlə birlikdə insulinin kəşfinə görə 1923-cü ildə Nobel mükafatına layiq görülmüşdü. Məhz insulinin kəşfi ilə endokrinologiya tarixində yeni mərhələ açılmışdır, belə ki, əvvəllər çarəsi olmayan bu xəstəliyin dərmanı tapılmış və milyonlarla insanların həyatını xilas etmək mümkün olmuşdur.

Noyabrın 14-də saat 15:00-da Mərkəzi Gömrük Hospitalının damar cərrahı, t.f.d. Səbuhi Dadaşov “Diabetik pəncə” mövzusunda izləyicilərin suallarını canlı yayımda cavablandıracaq.

Sizi Mərkəzi Gömrük Hospitalının "Facebook" səhifəsində Dr. Səbuhi Dadaşovu izləməyə dəvət edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...