5 iyun 1981-ci ildən bəri dünyada 30 milyon insanın ölümünə səbəb olan xəstəliyi tanıyırsınızmı?

Müasir zamanın vəbası olaraq tanınan və ilk olaraq 5 iyun 1981-ci ildə aşkarlanan bu xəstəlik haqqında nə bilirik? 38 ildə 30 milyondan çox insanın ölümünə səbəb olan və indiki zamanda əvvəlkinə nisbətən haqqında daha çox məlumat sahibi olunan bu xəstəliyin necə yoluxduğunu bilirsinizmi? SİA-nın verdiyi məlumata görə, həkimlərin bilavasitə rəyinə əsasən xəstəliyə yoluxma özünü 6 ay biruzə vermir.

Qazanılmış İmmun Çatışmazlığı Sindromu QİÇS, ingiliscə "Acquid Immune Deficiency Syndrom" -AİDS, İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infesksiyasının son mərhələsidir. QİÇS-in təzahür formaları özünü çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə biruzə verir. Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurla və bu xəstəliklər ölümlə nəticələnir.

Xəstəliyin hazırda letallıq göstəricisi 100%-dir. QİÇS zamanı ölüm ya opportunist infeksiyalardan, ya da bəd xassəli şişlərdən və onların yayılmasından (metastazvermə) baş verir. QİÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verə bilir.

-Cinsi yolla - xüsusilə də, paraseksual (qeyri-təbii) əlaqələr zamanı.

-Damardaxili inyeksiyalar yolu ilə - narkomanlar tərəfindən narkotik maddələrin damar daxili qəbulu zamanı; içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı və s.

-Transplasentar yolla - xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi. Xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir.

Bundan Əlavə qan yolu və cinsi təmasla və anadan körpəyə əmizdirmə yoluyla yoluxa bilən xəstəliyin hələ qəti bir müalicəsi tapılmayıb. Zənn edildiyi kimi AİDS-QİÇS xəstəlikli adama toxunmaqla, əl sıxışmaq, qucaqlaşmaq, eyni evdə eyni masada oturmaq, eyni havanı tənəffüs etmək, eyni qabdan yemək, eyni çəngəl, bıçaq, qaşıq, stəkanı istifadə etmək, eyni hovuzu, saunanı, duşu paylaşmaq, geyimləri ortaq istifadə etmək, telefon qulaqlığı, gözyaşı, tər ilə ağcaqanad, böcək, arı sancması ilə yoluxmur.

Xəstəlik haqqında bilinən bir başqa səhv məlumat isə xəstəliyin öldürücü virusdan qaynaqlandığıdır, halbuki QİÇS öldürmür. İmmunitet sisteminə təsir etdiyi üçün xəstələrinin qripdən, soyuqdəymədən ölməsinə səbəb olur. Yəni, QİÇS xəstələri, QİÇS-dən deyil zəifləyən immunitet sistemlərinə təsir edən bizim üçün mövsümlə əlaqədar, əhəmiyyətsiz sayılan xəstəliklərdən, infeksiyalardan həyatını itirib.

Xəstəliyə xas simptomların olmaması; çəki itkisi, halsızlıq, hərarət kimi bir çox xəstəlikdə müşahidə olunan QİÇS-in diaqnozunu çətinləşdirir. Ancaq edilən testlə bir neçə ay içində adamın QİÇS olub-olmadığı təyin oluna bilər.

QİÇS-dən necə qorunmalı?

Bu xəstəlikdən qorunmaq üçün anti İİV testi qoyulmalıdır. Əgər ELİSA testi neqativ çıxarsa 6 aydan sonra yenidən təkrar olunmalıdır.

QİÇS-in müalicəsi

Tibbin bu qədər inkişaf etməsinə baxmayaraq xəstəliyin müalicəsi tapılmayıb. Xəstənin ömrü bir az uzansın və rahat yaşasın deyə bəzi yüngülləşdirici dərmanlar tətbiq olunur. Xəstə ömrü boyu müalicə olunur.

Nələri bilməliyik?

Xəstəlik eyni boşqabdan yemək yeyərkən, yanaqdan öpuşərkən, öskurək vasitəsilə, qucaqlaşmaqla yoluxmaz. Bu virusu daşıyanların bunları bilməsi və ətrafdakı adamları yoluxmadan qoruması daha vacibdir.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə