Yuxu iflici ilə qarşılaşmamaq üçün insanlar yuxu və oyaqlıq rejimini tənzimləməli, gimnastika etməli və spirtli içki qəbul etməməlidirlər. SİA-nın xəbərinə görə, bunu Rusiyanın əməkdar həkimi Roman Buzunov açıqlayıb. Həkimin sözlərinə görə, yuxu pozğunluğunun əsas səbəbi stress, yuxusuzluq, hormonal pozğunluqlar, psixotrop maddələrin qəbulu, gündəlik rejimin pozulması, irsi amillər və psixiatrik xəstəliklərdir.

O qeyd edib ki, belə bir vəziyyətdə insanın əzələ tonusu olmur və beyin aktiv olduğu üçün özünü iflic kimi hiss edir.

Yuxu iflici və ya oyanma katapleksiyası – ya yuxuya getmədən əvvəl ya da yuxuda olan zaman əmələ gələn əzələ iflicidir. Bu xəstəlik daha çox hallüsinasiya ilə müşaiyət olunur.

Qeyd edək ki, bundan əvvəl Yaponiyadakı Nagoya Universiteti və ABŞ-dakı Milli Nevroloji Bozukluklar və Strok İnstitutunun alimləri beynindəki bir qrup hüceyrənin yuxu saxlamasına müdaxilə etdiyini təsbit ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə