Nevroloq Lalə İbrahimova “Həkimlərimizi tanıyın” rubrikasında

Mərkəzi Gömrük Hospitalında Dr. LALƏ İBRAHİMOVA mərkəzi və periferik sinir sistemi xəstəliklərinin müayinə, diaqnostika və müalicəsini həyata keçirir. Dr. Lalə İbrahimova 2004-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 2004-2005-ci illərdə 5 saylı Şəhər Klinik Xəstəxanasında nevrologiya ixtisası üzrə internatura keçmişdir.

Dr. Lalə İbrahimova 2005-2018-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində nevroloq kimi çalışıb. 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-nevroloq işləyir.

Dr. Lalə İbrahimova daim öz üzərində çalışan, ixtisasını artıran həkimdir. Dünya mətbuatını izləyərək tibbin ən yeni nailiyyətlərini öyrənir və öz təcrübəsində tətbiq edir. O, 2014-cü ildə “Podiatriya və Pəncənin «FormThotics» sistemi vasitəsi ilə içliklərin hazırlanması” üzrə təlim, 2014-cü ildə Gürcüstanın Tbilisi Nevrologiya İnstitutunda “Sinir-əzələ xəstəlikləri və elektroneyromiyoqrafiya müayinəsi” üzrə kurs, 2016-cı ildə Rusiyanın Sankt-Peterburq şəhərində Akademik B.N.Komançevin rəhbərliyi altında “Körpələrdə mərkəzi və periferik sinir sisteminin prenatal və natal zədələnmələrinin qlobal Elektromioqrafiya vasitəsi ilə erkən diaqnostikası” kursu, 2016-cı ildə Türkiyənin İstanbul şəhərində “Beynəlxalq trigger nöqtələrinin terapiyası” (Türkiyə-ABŞ) təlimi, 2017-ci ildə Rusiyanın Moskva şəhərində “Tibbi kinezio teyp və kross teyp” kursu və 2017-ci ildə Rusiyanın Yekaterinburq şəhərində “Elektroson, transkranial elektroanalgeziya, transkranial elektrostimulyasiya, mezodiensefal modulyasiya, mikropolyarizasiya” təlimi keçmişdir.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/lala-ibrahimova

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...