Dilqəm Məhərrəmov: "Ölkəmizdəki tibb mərkəzləri inkişaf etmiş ölkələrdən heç də geri qalmır" ÖZƏL-MÜNASİBƏT

"Artıq 11 sentyabr tarixindən ölkəmizdə XVIII Ümumdünya Avrasiya Cərrahlar Konqresinə start verilib və bu gün konqresin ikinci günüdür". Bunu tibb üzrə fəlsəfə doktoru, plastik cərrah Dilqəm Məhərrəmov SİA-ya açıqlamasında deyib.

Dilqəm Məhərrəmov bildirib ki, konqresin tərkibi çox geniş cərrahi spektri əhatə edir və burada ümumi cərrahiyyə, ümumi cərrahiyyənin çox müxtəlif sahələri, plastik, estetik, rekonstruktiv cərrahiyyə və kardiovoskulyar cərrahiyyə sektorları var: "Bu gün biz plastik cərrahiyyə sektorundayıq. Bura ölkəmizdən və xarici ölkələrdən çoxsaylı həkimlər cəlb olunub. Ümumiyyətlə, qeyd etmək istərdim ki, konqresə qatılan ölkələrin sayı 28-dən çoxdur və bura Amerika Birləşmiş Ştatları, Avropanın öndə olan ölkələri, Afrika, Avstraliya, Yaponiya və Koreya kimi ölkələrdən də mütəxəssislər qatılıblar və öz sahələrində son nailiyyətlərdən, yeni texnologiyalardan, cərrahiyənin yeni gözləntilərindən bəhs edəcəklər. Plastik, rekonstruktiv, estetik cərrahiyyə bölümündə ölkəmizin bu bölümə məxsus olan cəmiyyəti və həmin cəmiyyətə üzv olan bütün estetik cərrahlar iştirak edir. Belə konqreslər bütün ölkələr, eləcə də Azərbaycan üçün yararlıdır. Əvvəla, ölkəmizdə gedən bu son dəyişikliklər, inkişaf, ölkəmizin təbabətində olan çox yeni strukturlu gözəl tibb mərkəzlərinin, yeni açılmış universitet sektorlarının nə səviyyədə olduğunu və dünyanın qabaqcıl ölkələrindəki mərkəzlərdən heç də geri qalmadını, hətta mən deyərdim kimi bəzi aspektlərdə üstün olduğu göz qabağındadır və bunu hamı görür. Bu baxımdan belə tipli konqreslərin təşkili üçün biz təşkilatçılara, Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin rəhbərliyinə konqres iştirakçıları adından öz dərin təşəkürümüzü bildiririk".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...