Bu saata qədər 5 719 kinəfər qan verib

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında 5 719 nəfər nəfər könüllü olaraq qan verib. Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, saat 16:30-a olan məlumata əsasən, bu şəxslərdən 2573 litr qan tədarük olunub.

Qeyd edək ki, Aşura günü 28 şəhər və rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...