Səhiyyə Nazirliyi qəza ilə bağlı açıqlama yayıb

Səhiyyə Nazirliyi Bakı-Qazax magistiral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobili toqquşub.

“Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb. Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır vəziyyəti kritikdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...