Ağcabədi rayon mərkəzi xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. SİA xəbər verir ki, talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədilə keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri, gənclər könüllü iştirak ediblər. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...