Mərkəzi Gömrük Hospitalının orta tibb işçiləri təkmilləşdirmə kursunda iştirak edirlər

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu arasında 3 may 2019-cu il tarixində imzalanmış memorandum çərçivəsində Mərkəzi Gömrük Hospitalının dörd orta tibb işçisi 7 iyul-3 avqust 2019-cu il tarixlərində Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə və təcrübə kursunda iştirak edirlər.

Ezam olunmuş orta tibb işçiləri Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunda öz sahələri üzrə işləyərək yeni beynəlxalq standratlara uyğun təcrübə qazanır və eyni zamanda Dəmiroğlu Bilim Tibb Universitetinin Orta Tibb işçiləri fakültəsində dərslər keçərək nəzəri biliklərini artırırlar.

Hazırda Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin böyük tibb bacısı Amalya Əliyeva Qaraciyər nəqli şöbəsində, Kardiocərrahiyyə şöbəsinin böyük tibb bacısı Ətayə Novruzova Uşaq kardiocərrahiyyəsi şöbəsində, Radiologiya şöbəsinin texniki Cəfər Cəfərov Radiologiya şöbəsində və İntensiv terapiya şöbəsinin tibb qardaşı Simran Məmmədov Cərrahi reanimasiya şöbəsində təcrübələrini davam edirlər.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının orta tibb işçilərinin Florence Nightingale Xəstəxanalar Qrupuna ezam olunmasında məqsəd onların öz sahələri üzrə praktiki və nəzəri bilik və bacarıqlarını artırmaq və tezliklə Mərkəzi Gömrük Hospitalında tətbiq etməkdir.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...