“Chinar Hotel & SPA Naftalan” tanınmış sağlamlıq isirahət mərkəzidir FOTOLAR

Respublikamız inkişaf etdikcə xalqımızın günü-güzəranı yaxşılaşıb. Paytaxtımız Bakı şəhərində eyni zamanda regionlarda, təhsil, mədəniyyət, səhiyyə sahəsində əhalinin turizmi inkişafı haqqında islahatlar keçirilib. Yüzlərlə məktəbidman olimpiada, idman bazası, səhiyyə sağlamlıq ocaqları tikilib, xalqımızın istifadəsinə verilib.

Regionlarda sağlamlıq mərkəzləri inşa edilib. Azərbaycanın tanınmış sağlamlıq mərkəzlərindən biri də “Chinar Hotel & SPA Naftalan” sağlamlıq isirahət mərkəzidir.

“Chinar Hotel & SPA Naftalan” baş həkimi Xurşud Namazəliyeva buranın fəaliyyət isiqaməti və müalicəsi barədə məlumat verib.

Bildirilib ki, 2011-ci ildən yeni təmirdən çıxmaqla fəaliyyətə başlayan mərkəz otel və tibb bölməsindən ibarətdir. Orta hesabla ildə 10 min turist qəbul edir. Naftalan neftinin 77-dən çox xəstəliyin müalicəsində, o cümlədən sümük əzələ sistemi, dəri, ginekoloji, damar, mədə-bağırsaq, nevroloji, stomatoloji və digər xəstəliklərin müalicəsində istifadə olunur. Vannada istilik 37-38 dərəcədir. Vanna qəbulunun müddəti 8-10 dəqiqədir. İlk vannalar günaşırı təyin olunur. Qalan vannalar 2-3 gün, 1 gün istirahət günü olmaqla qəbul edilir. Müalicə kursu 10-12 vanna təşkil edir. Naftalan vannasının təsiri müalicədən sonrakı 1,5-2 ay ərzində davam edir və bundan sonra stabil effekt alınır. Naftalan vannaları üçün nativ (təbii) naftalandan istifadə olunur.

Qeyd etmək lazımdır ki, Xurşud Namazəliyeva Xanbaba qızı Qubada anadan olub. Məktəbi qızı medal ilə bitirib. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakultəsini bitirib. İş fəaliyyətinə 4 saylı poliklinikada başlayıb, sahə həkimi, şöbə müdiri, müavin, baş həkim vəzifələrində çalışıb. 1992-2003-cü ilə qədər 4 saylı poliklinikada baş həkim, 2003-2007-ci illər arasında 6 saylı VƏD-də baş həkim, 2007-2011-ci illərdə 2 saylı VƏD-də baş həkim , 2011-ci ildən “Chinar Hotel & SPA Naftalan” baş həkim vəzifəsində çalışır. 1995-ci ildən YAP-ın üzvüdür. İlk təcrübəsini artırmaq məqsədi ilə ABŞ, Ukrayna, Latviya, Moldova, Avstriya konfrans və treyninqlərdə iştirak edib.

Xurşud həkim qeyd edib ki, “Chinar Hotel & SPA Naftalan”sağlamlıq və istirahət mərkəzində gənc və savadlı həkimlər işləyirlər. Sanatoriyaya gələn xəstələrə onların müalicəsini təyin edən həkimlər vardır. Belə həkimlərdən Elnarə Hacıyeva, Təhminə Cəfərova, Gülşən Mustafayeva, Kəmaləddin Şahmuradovu göstərmək olar.

Elnarə Hacıyeva Sahib qızı 1979-cu ildə Naftalan şəhərində anadan olub. 1996-cı ildə orta məktəbi, 2003-cü ildə ATU-nun Müalicə profilaktikasını bitirib. 2005-ci ildən həkimlik fəaliyyətinə başlayıb. 2010-cu ildən Naftalanda müalicə ilə məşğuldur, YAP-ın üzvüdür.

Gülşən Mustafayeva Adil qızı 1989-cu il oktyabr ayında Naftalanda anadan olub. 2006-cı ildə Naftalan şəhəri İ.Nəsimi adına 1 nömrəli orta məktəbi bitirib. 2012-ci ildən ATU-nun Müalicə profilaktika fakuləsini bitirib. Terapiya ixtisasına yiyələnib. 2014-cü ildən etibarən Naftalan müalicəsi ilə məşğul olub. YAP-ın üzvüdür.
Kəmaləddin Şahmuradov əvvəlcə Qaşaltı sanatoriyasında, sonra isə “Chinar Hotel & SPA Naftalan”sağlamlıq və istirahət mərkəzində həkim işləyir. YAP-ın üzvüdür.

Sanatoriyada iştirak edən vətəndaşların 60 %-dən çoxunu xarici vətəndaşlar təşkil edir. Burada İzraildən Qazaxıstandan, Özbəkistandan, Qırğızıstandan, Tacikistandan, Rusiyadan, Dağıstandan, Kamçatkadan vətəndaşlar “Chinar Hotel & SPA Naftalan”sağlamlıq və istirahət mərkəzində istirahət edirlər.

Mən də ailə üzvüm ilə istirahət edib, müalicə alırdım. Bizə təhkim olunan həkim Elnarə Hacıyeva idi.
Qeyd etmək lazımdır ki, “Chinar Hotel & SPA Naftalan”sağlamlıq və istirahət mərkəzində insanlara qayğı gösərmək üçün hər cür şərait vardır. Yeməkxanası avropa standartlarına tam cavab verir. Aşpazların üzündən sevinc hiss olunur. Azərbaycanın milli xörəklərini xarici vətəndaşlar çox sevirlər. Aşpazlardan baş aşpaz Teymur Şıxəliyev, müavini İmani Sənurə, Vaqif Paşayev, Safurə Qarayeva, Zoya Həsənova, Yasin Həsənilyev. Adlarını çəkdiyim aşpazlar turistlərin yemək vaxtı boş dayanmaları yox idi. Eyni zamanda xarici turistlərin ürəkləri nə istədiklərini xəbər alırdılar. Mən deyərdim ki, “Chinar Hotel & SPA Naftalan”sağlamlıq və istirahət mərkəzində ən yüksək dərəcədə müalicə vardır. Axşam turistlərin istirahəti üçün konsertlər təşkil olunur. Konserti təşkil edən Emil Babayevdir. Emil Babayev qeyd edib ki, biz hər gün axşam saat 8-də konsert təşkil edirik. Xarici qonaqlarımız Azərbaycan musiqisini də çox sevirlər. Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlunun mahnılarına dönə-dönə qulaq asırlar və rəqs edirlər. “Chinar Hotel & SPA Naftalan”sağlamlıq və istirahət mərkəzinin 4 tərəfi şam ağacı ilə əhatə olunub. Xəstələr səhərlər şam ağacının əhatəsində təmiz hava alaraq, idmanla məşğul olurlar.

Trenajorlarla məşq edirlər və asudə vaxt keçirmək üçün tenis, bilyard, şahma, şaşki, nərd otaqları vardır. Biz “Chinar Hotel & SPA Naftalan”sağlamlıq və istirahət mərkəzindəolarkən Bakı şəhərindən bir neçə tanışlarımızla rastlaşdıq. 8 nömrəli polinlikasının baş həkimi Zöhrə Mehdiyeva həyat yoldaşı ilə birlikdə istirahət edirdilər.
Z.Mehdiyeva qeyd etdi ki, biz hər il “Chinar Hotel & SPA Naftalan”sağlamlıq və istirahət mərkəzində istirahət edirik və yüksək səviyyədə insanlara qulluq görürürük. Naftalan “Qara qızılla” zəngin Azərbaycan torpağının nemətidir. Ariflər demişkən vücuda da, ruha şəfa bəxş edən torpağın qatı damarıdır. Naftalan Azərbaycanın qərbində Bakıdan 300 km məsafədə ərazisi 3572 ha “Çinar” yarandığı ilk gündən minlərlə insanın şəfa ocağı kimi ad qazanan “Çinar” bu gün tam müasir dünya standartlarına cavab verən avandanlıqlarla təsis edilib. Naftalan məlhəmi ilə müalicə təklif edən bu mərkəzə çevrilib.

Biz də arzu edirik ki, bundan sonra gələn turistlər bu ocaqdan şəfa tapıb, istirahət edib öz vətənlərinə sağlam ruhda geri dönsünlər.

Məmmədhəsən Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə