Olimpiya Festivalı zamanı 41 Təcili Tibbi Yardım briqadaları növbə çəkəcək RƏSMİ

Səhiyyə naziri Oqtay Şirəliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı Əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əmrə əsasən festivalın keçiriləcəyi dövrdə, müəyyən olunmuş yerlərdə 41 Təcili Tibbi Yardım briqadaları növbə çəkəcək.

Yarışların keçiriləcəyi yerlərdə yaradılan tibb mənəqələrində növbə çəkmək üçün poliklinikalar və xəstəxanalardan səhiyyə sisteminin 270 tibb işçisi cəlb olunub. Belə ki, yarış iştirakçıları və ya yarışları seyr etməyə gələn tamaşaçılardan kiminsə hospitalizasiyaya ehtiyacı olsa, diqnozundan asılı olaraq onlar təcili tibbi yardım briqadaları tərəfindən Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Travmatologiya İnstitutu və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriləcəklər.

Qeyd edək ki, Festivalın bağlanış mərəsimi iyulun 27-də olacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə