Şəkidə xəsarət alanlarla bağlı SON XƏBƏR

Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə zamanı xəsarət alanların vəziyyəti ilə bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb. Vəziyyəti isə orta-ağır satbildir.

Xatıladaq ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılıb. Nəticədə 18 nəfər müxtəlif bədən xəsarətləri alıb, biri isə ötən gün dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...