Şəkidə xəsarət alanların son vəziyyəti açıqlanıb Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının qarşısındakı çinarın budaqlarının aşması nətiəsində xəsarət alanların son vəziyyətini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə