ŞOK: Qohum evlilikdən doğulan uşaqlar bu xəstəliyə tutulur...

“Azərbaycanda da qohum evliliklərinin geniş yayılması uşaqlıq dövründə görmə probleminin sayının artmasına gətirib çıxarır”.Bunu Milli Oftomologiya Mərkəzinin Uşaqlarda gözün patologiyası şöbəsinin həkimi Aysel Əkbərova deyib. Onun sözlərinə görə, dünyada zəif görənlərin 4-12 faizini məhz uşaqlar təşkil edir:

“Uşaqlarda zəifgörmənin əsas səbəblərinə kortikal görmə pozğunluğu, optik sinir xəstəlikləri, vaxtından əvvəl doğulmuşların retinopatiyası, anadangəlmə anomaliyalar və s. aiddir. Yetkin insanlarla müqayisədə uşaqlıq dövründə zəifgörmə səbəblərinin çoxunun qarşısını almaq daha çətindir. Buna görə də uşaqlarda reabilitasiya tədbirlərindən faydalanmaq əhəmiyyətlidir”.

Mütəxəssis qeyd edib ki, erkən dövrlərdə reabilitasiya tədbirlərinə başlamaqla funksional görmənin təkminləşdirilməsi mümkündür: “Məktəbəqədər 4-6 yaş dövründə reabilitasiya üçün zəifgörmə cihazlarının başlanıldığı dövrdür. Uşaq bu mərhələyə nə qədər tez başlasa, gələcəkdə bu cihazlardan istifadə daha rahat olar. Məktəb illəri zəifgörmə cihazlarına ən təsirli istifadə edildiyi müddətdir”.

Həkim əlavə edib ki, bu cihazların sayəsində uşağın təhsil fəaliyyətində müstəqil iştirakı mümkün ola bilər: “Amma bu dövr kosmetik narahatlıq və psixoloji reaksiyaların ən çox rast gəlindiyi dövr olduğundan bu yaşda uşaqlarda zəifgörmə cihazlarından imtina edilə bilər. 4-6 yaşlı belə uşaqlar artıq digər uşaqlardan daha fərqli olduğunu başa düşür, 7-8 yaşlı uşaqlar isə bu fərqi yaradan zəifgörmə cihazlarına qarşı reaksiya verməyə başlayır. Zəifgörmə reabilitasiyasında, xüsusilə uşaqlıq dövründə tətbiq olunan reabilitasiya işində qrup işi çox önəmlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə